Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir


Digərləri 20 Sen 2020 19:25:00 142 0

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər.

Qurani-Kərim - insana bu çətinliklərdən xilas yolu göstərən bir hidayətçidir. Çünki onu bəşəri Xəlq Edən göndərmişdir.

Quranın hər bir surəsi - çətinliklərdən çıxmağın açarıdır. Bu sahədə "Yasin" surəsinin xüsusi fəziləti vardır. Əgər insan bu surənin fəzilətləri ilə tanış olsa, yaxşı bilər ki, ondan fayda apara bilər.

Məsumlarımız (ə) "Yasin"i  - "Quranın qəlbi" adlandırırlar. Əgər insan bədənində qəlb olmazsa, o zaman bədən də yaşaya bilməz. "Yasin" surəsi də Quranın ürəyidir.

Əgər tarixə nəzər salsaq, görərik ki, alimlərimiz mənəviyyat pillələrində yüksəlmək üçün bu surənin fəzilətlərindən faydalanmışdılar. Öz şagirdlərinə də bu surəni tövsiyə etmişdilər.

Böyük alimlərdən olan Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, hər axşam yatmazdan əvvəl "Yasin" surəsini oxusunlar. Onu başlamazdan əvvəl və qurtarandan sonra 14 salavat desinlər. Yəni, bu surəni həmin salavatların arasında qərar versinlər. Şübhəsiz ki, bu 14 salavat da seyr və suluk yolunda olanların malik olduqları sirlərdən biridir.

Həmin alim buyurur: "Mən bəndə həyatımda hara çatmışamsa və hər nə əldə etmişəmsə -  bu surənin bərəkətinə görədir".