ABŞda silahlı insident:


Dünya 19 Sen 2020 15:23:00 137 0

ABŞda silahlı insident:

ABŞ-ın Nyu York şəhərinin Roçester bölgəsində həyətyanı sahədə keçirilən şənlik zamanı silahlı insident olub.

Son.az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla 12:30-da baş verən insident nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, ölənlər 18-22 yaşlı bir kişi və bir qadındır.

İnsidentlə əlaqədar hələlik saxlanılan yoxdur.