Vətəndaşlar "karantin oteli"ndən


Dünya 18 Sen 2020 20:12:00 166 0

Vətəndaşlar "karantin oteli"ndən

Batumidə vətəndaşlar karantin otelindən qaçmağa cəhd göstəriblər.

Son.az xəbər verir ki, bu barədə "Mtavari Arkhi" kanalı məlumat yayıb.

Vətəndaşların sözlərinə görə, karantin 8 gün olmasına baxmayaraq onlar 10 gün saxlanılıblar:

"Dünən test götürdülər və cavabın gələcəyini dedilər, lakin hələ də gəlməyib. Nə edək? Bizə yazıqları gəlmirmi? Evə getmək istəyirik, hər birimizin ailəsi var, problemlərimiz var, biz də insanıq!", - deyə karantində olan vətəndaşlar bildiriblər.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı polis araşdırmaya başlayıb. (publika.az)