Metroda DƏHŞƏTLİ ANLAR: özünü qatarın altında atdı, ayağı qopdu FOTO


Dünya 18 Sen 2020 19:28:00 165 0

Metroda DƏHŞƏTLİ ANLAR: özünü qatarın altında atdı, ayağı qopdu  FOTO

İstanbul metrosunun Şişli stansiyasında dəhşətli qəza olub.

Son.az xəbər verir ki, səhər saat 08:30-da Şişli-Mecidiyeköy metro stansiyası bölgəsində gənc kişi özünü qatarın altına atıb.

Hadisədən dərhal sonra olay yerinə polis, xilasedici və təcili tibbi yardım briqadaları çağırılıb. İlkin dəyərləndirilmələrə əsasən, özünü qatarın altına atan şəxsin ayağı qopub.

Qəza ilə əlaqədar metro stansiyasına giriş-çıxış bağlanıb. Metro reysləri müvəqqəti dayandırılıb.

Metronun maşinisti ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

"Metroİstanbul"dan verilən açıqlamada gəncin intihara cəhd etdiyi bildirilir. (publika.az)