Reanimasiyadakı xəstələrin sayı açıqlandı


Digərləri 18 Sen 2020 18:49:00 137 0

Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, məlumata əsasən hazırda ölkədə 1 898 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 114 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 112 və 9 idi.

Ümumilikdə 38 894 nəfər virusa yoluxub, 36 424 nəfər sağalıb, 572 nəfər vəfat edib.

Bu gün 5 898 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 041 184 test aparılıb.