Azərbaycanlı vəkilin vəkillik statusu ləğv edildi


Dünya 18 Sen 2020 18:09:00 173 0

Azərbaycanlı vəkilin vəkillik statusu ləğv edildi

Rusiyada ölümlə nəticələnən yol qəzasına görə mühakimə olunan aktyor Mixail Yefremovun vəkilliyini etmiş Elman Paşayevin vəkillik statusu ləğv edilib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, Şimali Osetiya Vəkillər Palatası Elman Paşayevi vəkil statusundan məhrum edib. Bu barədə Federal Vəkillər Palatası (FPA) bildirib.

"Vəkillər Kollegiyası Şurasının qərarı ilə Paşayev vəkil statusundan məhrum edilib",- deyə qurumun mətbuat xidməti bildirib.

Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. Məhkəmə hökmü ilə Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.