Rusiyada mer koronavirusdan öldü


Dünya 18 Sen 2020 16:24:00 139 0

Rusiyada mer koronavirusdan öldü

Rusiyanın Plast şəhərinin meri Aleksandr Neklyudov koronavirusa yoluxduqdan sonra ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çelyabinsk vilayət qubernatorunun mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, 67 yaşlı mer iki həftə əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib. A.Neklyudovun ağciyərlərinin böyük hissəsinin zədələndiyi deyilib.

Bu günədək Rusiyada 1,1 milyona yaxın şəxs koronavirusa yoluxub, 19 195 nəfər ölüb.