Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA


Digərləri 18 Sen 2020 13:38:00 151 0

Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA

Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən təzyiqlərin olması iddiasıdır.

Hicablı şagirdlər və ya müəllimlərə təhsil müəssəsinə daxil olmaqda hər hansısa bir məhdudiyyəti varmı?

Son.az bildirir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sonxeber.az-a açıqlama verib.

"Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.

Burada məktəbdaxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təsdiq olunan geyim forması var.