Gürcüstanda 182 yeni yoluxma


Dünya 18 Sen 2020 13:07:00 161 0

Gürcüstanda 182 yeni yoluxma

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 182 yoluxma halı qeydə alınıb.  

Son.az APA-ya istinadən xəbər verir ki , bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 119 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1435 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.