Azərbaycan yeni bazarlara ipək ixracını planlaşdırır


Digərləri 18 Sen 2020 00:02:00 224 0

Azərbaycan yeni bazarlara ipək ixracını planlaşdırır

2021-ci ildə Azərbaycan ipəyi Çin, İtaliya, Cənubi Koreya və Yaponiya bazarlarına çıxa bilər.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Sənaye Korporasiyasının İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov deyib.

O bildirib ki, 2020-ci ildə Azərbaycan təbii ipəyinin nümunələri bu ölkələrə göndərilib, 2021-ci ildə ixraca başlamaq planlaşdırılır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar xam ipəyin qiyməti kəskin ucuzlaşıb: "Son günlər müəyyən qiymət artımı, bazarın əvvəlki artım tempi hələlik bərpa olunmayıb. Artan rəqabətə baxmayaraq, pandemiyaya görə ticarət aktivliyi müşahidə olunmur".

İ.Bayramov bildirib ki, 2020-ci ilin sentyabrınadək Türkiyəyə 11,58 min kiloqram quru ipəkqurdu baraması ixrac olunub: "Türkiyəyə ixrac olunan məhsulun ümumi dəyəri 284 085 manat təşkil edib".