"Bir neçə gün məni çəkməyin"


Digərləri 17 Sen 2020 19:29:00 142 0

"Bir neçə gün məni çəkməyin"

İki gün ard-arda görüntülənən aktrisa Serenay Sarıkaya media nümayəndələrinə müraciət ünvanlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa bu dəfə İstanbulun Kuruçeşme səmtində paparassilərin obyektivinə tuş gəlib.

Əlində qəhvə ilə küçəyə çıxan Serenay "Yeni layihə var" sualına etiraz edib.

"Dünən danışmışıq. Sizinlə nə edəcəyik biz? Bir neçə gün məni çəkməyin, sonra sual verərsiz. Eyni şeyləri danışırıq" deyə, aktrisa söyləyib.