Tehranda Ermənistan səfirliyi önündə aksiya keçirilib FOTO


Dünya 17 Sen 2020 12:41:00 139 0

Tehranda Ermənistan səfirliyi önündə aksiya keçirilib  FOTO

İranlı tələbələr Tehranda Ermənistan səfirliyi önündə Yerevanın İsraildə diplomatik nümayəndəlik açmasına qarşı etiraz aksiyası keçiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, iranlı tələbələr Ermənistana qarşı şüarlar səsləndiriblər.

Onlar Ermənistandan öz qərarına yenidən baxmağı və səfirini geri çağırmağı tələb ediblər: "Əks halda, Ermənistan İranla dostluq və sülh münasibətlərinə zərbə vurmuş olacaq".