Ağdaş sakini döş nahiyəsindən bıçaqlanıb


Digərləri 17 Sen 2020 08:43:00 139 0

Ağdaş sakini döş nahiyəsindən bıçaqlanıb

Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində 29 yaşlı gənc mübahisə və münaqişə zəminində bıçaqlanıb.

Rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.