Soyuq havanın əvəzolunmazı TURŞULARIN FAYDALARI


Digərləri 16 Sen 2020 23:50:00 65 0

Soyuq havanın əvəzolunmazı  TURŞULARIN FAYDALARI

Kələm, çuğundur, qarğıdalı, lobya, sarımsaq kimi bir çox növü və ləzzəti olan turşular soyuq havaların ən gözəl qidalarındandır. Mütəxəssislər qeyd edirlər ki, turşular sağlamlığımız üçün də faydalıdır. Amma tərkibində yüksək miqdarda duz olduğuna görə hər gün , aşırı miqdarda yeyilməməmlidir. Sağlam insanlar turşuları həftənin 2 günü, maksimum bir ovuc içi qədər yeməlidir. Bu yüksək təzyiq, diabet, böyrək çatışmazlığı və mədə xəstəlikləri olan insanlarda problemlərə səbəb ola bilər. Ona görə də lazım olarsa heç yeməməlidirlər.

Bəs turşunun faydaları nələrdir?

Son.az medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:

İmmun sistemini dəstəkləyir

Meyvə və tərəvəzlərdən olan turşu tərkibində immun sistemini gücləndirən bir çox vitamin, mineral və antioksidandan ibarətdir. Turşular bədəndəki antioksidan müxtəlifliyini artırdığı üçün daha çox faydalıdır. Bunlardan daha çox çuğundur və kələm turşusu məsləhətlidir. Yüksək antioksidan tərkibi ilə tərəvəzlərdən hazırlanan turşular soyuqdəyməyə qarşı da qoruyur. Turşu kimi fermentləşdirilmiş qidalar yeməklərlə birlikdə yeyildiyində tərkibində yer alan sirkə sayəsində insulin düşməsini normaya salaraq daha nəzarətli bir qan şəkəri təşkil edir. Amma diabet, təzyiq və böyrək probleminiz varsa turşu yemək sizin üçün riskli ola bilər.

Əzələ ağrıları üçün faydalıdır

Turşunun digər önəmli faydası itirilən su və mineralların yerinə oturmasına dəstək olmasıdır. Həmçinin tərkibindəki sirkə ilə əzələ ağrıları üzərində də təsiri vardır. "Medicine & Science in Sports and Exercise" adlı bir jurnalda yayımlanan məqalədə susuz qalan kişi idmançılarda 1/3 stəkan turşu suyunun əzələ ağrılarına faydalı olduğu qeyd edildi.

Çəkiyə nəzarətə kömək edir

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün xüsusi ilə də yeməklə bərabər yeyildiyində qidaların mədəni tərk etmə vaxtı yavaşlayır, bununla da toxluq hissi uzun müddət davam edir. Tərkibindəki sirkə qaynaqlı asidlər bədəndə yağ yığılmasının da qarşısını alır. Həm aşağı kalorili olamsı, həm də qəbzliyə qarşı təsirliliyinə görə turşu çəki vermək istəyənlərə də kömək edəcəkdir.

İki avtomobil toqquşub like
  • 16 Sen 23:39  
Digərləri İki avtomobil toqquşub

Şəki rayonunun Bideyiz kəndində "VAZ" markalı iki minik avtomobil

arrow Ətraflı
Həmidə xanım Cavanşir  Qarabağın xeyirxah "Dəmir ledi"si  FOTO like
  • 16 Sen 23:27  
Digərləri Həmidə xanım Cavanşir Qarabağın xeyirxah "Dəmir ledi"si FOTO

Tarixin bütün dövrlərində, hətta ən keşməkeşli hesab edilən anlarınd

arrow Ətraflı
Sentyabrın 17si üçün teledərslərin cədvəli like
  • 16 Sen 23:14  
Digərləri Sentyabrın 17si üçün teledərslərin cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Tə

arrow Ətraflı
İspaniyada ilk like
  • 16 Sen 23:09  
Digərləri İspaniyada ilk

"Greenpeace", "Oxfam intermon" (dünyada Sosial və İqtisad

arrow Ətraflı
Cənubi Koreyada əsgərləri əvəzləyəcək dronlar yaradılacaq like
  • 16 Sen 23:04  
Dünya Cənubi Koreyada əsgərləri əvəzləyəcək dronlar yaradılacaq

Cənubi Koreyada döyüş meydanında əsgərləri əvəzləyə biləcək pilots

arrow Ətraflı
"Avropol" Avropada iğtişaş və etirazlar barədə xəbərdarlıq edib like
  • 16 Sen 23:00  
Dünya "Avropol" Avropada iğtişaş və etirazlar barədə xəbərdarlıq edib

Koronavirus pandemiyası nəticəsində meydana gələn iqtisadi böhran və mə

arrow Ətraflı