Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblər


Digərləri 16 Sen 2020 22:55:00 58 0

Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblər

Kainatın istənilən qalaktikasında kütlənin böyük hissəsi görünmür. Belə ki, o, qara materiyadan ibarətdir. Lakin bir neçə müddət bundan öncə astronomlar qara materiyaya sahib olmayan 2 qəribə qalaktika aşkar etmişdilər. Aparılmış yeni tədqiqat bu sirrə aydınlıq gətirib. Məlum olub ki, həmin qalaktikalarda olmuş qara materiyanı onlara qonşu olan digər böyük qalaktika özünə çəkib. Bu barədə New Atlas saytı xəbər verib. Kainatın çoxlu sayda görünməyən materiyadan ibarət olması nəzəriyyəsi keçən əsrin 30-cu illərində irəli sürülmüşdü.

Son.az technote.az-a istinadən bildirir ki, həmin vaxtda astrofiziklər görünən kütlənin verdiyi imkanlardan daha sürətli şəkildə hərəkət edən qalaktikaları müşahidə edirdilər. Alimlər güman etmişdilər ki, onların görmədikləri hansısa gizli kütlə mövcuddur və nəticədə onlar həmin kütləni qara materiya adlandırmışdılar. Baxmayaraq ki, qara materiyanın hissəcikləri hələ aşkar edilməyib, növbəti illərdə qara materiyanın mövcud olması barədə sübutlar artmağa başladı.

2018-ci ildə astronomlar maraqlı kəşfi elan etmişdilər. Belə ki, onlar aşkar etmişdilər ki, NGC 1052-DF2 adlı karlik qalaktikası qara materiyaya sahib deyil.

Görünən materiya kifayət edirdi ki, bu ulduz sisteminin nisbətən aşağı sürətini izah etmək mümkün olsun. 2019-cu ildə isə həmin qalaktikaya bənzər digər bir qalaktika da aşkar edilmişdi. Söhbət, NGC 1052-DF4 adlı qalaktikadan gedir. Kaliforniyadan olan alimlər DF2 ilə DF4 qalaktikalarında qara materiyanın olmama səbəblərini aydılaşdırmağa başladılar. Sadalanmış hər iki qalaktika NGC 1052 adlı daha böyük qalaktikanın ətrafında dövr edirlər. Astronomlar güman edirlər ki, məhz sözügedən həmin böyük qalaktika daha kiçik qalaktikalardan qara materiyanı özünə çəkir. Bu nəzəriyyəni yoxlamaq üçün onlar 3 qalaktika arasındakı qarşılıqlı əlaqəni modelləşdirdilər və hesablamalara güman olunan iki növ qara materiyanı əlavə etdilər. Hal-hazırda ən çox istifadə olunan qara materiya modelinə əsasən qara materiya əslində soyuqdur.

Yəni qara materiyanın hissəcikləri çox aşağı sürətlə hərəkət edirlər və bir-biriləri ilə qaşılıqlı əlaqədə olmurlar. Digər qara materiya modelinə əsasən isə qara materiya hansısa "qara" güc sayəsində özü-özü ilə qarşılıqlı əlaqədə olur. Bu iki ideya kosmosun strukturunu böyük miqyasda izah edir, lakin qalaktikaların daxilindəki qara materiya mövzusunda müxtəlif nəticələrə gətirib çıxardır. Hər iki nəzəriyyəni modelləşdirərək alimlər öyrəniblər ki, karlik qalaktikaların daxilində qara materiyanın mövcud olmamasını həqiqətən də onlara qonşu olan digər böyük qalaktikanın gücü ilə əlaqələndirmək olar. Lakin  özü-özü ilə qarşlıqlı əlaqədə olan qara materiya nəzəriyyəsi bu prosesi daha sadə şəkildə izah edir. Məsələ burasındadır ki, bu qarşılıqlı əlaqələr daha çox qara materiyanı qalaktikanın mərkəzindən kənar regionlara çıxardır. Nəticədə böyük olan qalaktikalar qara materiyanı özlərinə cəlb edə bilirlər. 

Koronavirusun mənbəyi 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa etdi like
  • 16 Sen 22:20  
Dünya Koronavirusun mənbəyi 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa etdi

Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıld

arrow Ətraflı
Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ  SİYAHI like
  • 16 Sen 22:15  
Şou-biznes Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ SİYAHI

Bir çox xarici məşhurlar çətin həyat şəraiti olan körpələri övladlı

arrow Ətraflı
Amerikalı rəssam Leninin bədənini almaq istəyir like
  • 16 Sen 22:10  
Digərləri Amerikalı rəssam Leninin bədənini almaq istəyir

Amerika rəssamı Devid Datuna Leninin bədənini almaq istəyir.

arrow Ətraflı
Bakıda minik avtomobili yük maşını ilə toqquşub, like
  • 16 Sen 22:04  
Digərləri Bakıda minik avtomobili yük maşını ilə toqquşub,

Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobi

arrow Ətraflı
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb like
  • 16 Sen 21:59  
Digərləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması

arrow Ətraflı
129 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib like
  • 16 Sen 21:54  
Digərləri 129 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyinin pandemiya dövrünün zəruri qayda və tələblərin

arrow Ətraflı
Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 345ə çatıb like
  • 16 Sen 21:45  
Digərləri Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 345ə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COV

arrow Ətraflı
Bu şəxslərin maaşı 890 manat oldu like
  • 16 Sen 21:40  
Digərləri Bu şəxslərin maaşı 890 manat oldu

"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçi

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 16 Sen 21:25  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı