Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər


Dünya 16 Sen 2020 17:50:00 143 0

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər.

Son.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, Rusiya hakimiyyəti oktyabrda MDB ölkələrinin paytaxtları ilə hava nəqliyyatının bərpasını mümkün hesab edir. İlk növbədə Nur-Sultan, Daşkənd, Bakı və İrəvanla hava nəqliyyatının bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb, bütün müntəzəm və çarter reysləri dayandırılıb.