"Sənət ucuzlaşdı"


Şou-biznes 16 Sen 2020 17:39:00 167 0

"Sənət ucuzlaşdı"

"1990-cı illərdə klip marketinq idi. Mahnı yazılırdı ki, stationa tamaşaçı toplansın. Qazanc yeri konsert düşünülürdü. Fərqli musiqi yazılırdı. Tələbat idarə edirdi".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Aqil M.Quliyev "10-da görüşək" proqramında deyib. O, şou-biznesdə baş verən uğursuzluqlardan danışıb. Rejissor bildirib ki, indi müğənnilər toy bazarına işləyir:

"İndi vəziyyət dəyişib, başqa tələbat meydana gəlib. Toy bazarı əmələ gəldi. Bağırdım ki, zövqlər dəyişəcək. İnsan gəlib çörək yeyib nəsə dinləyirsə, bu, vərdişdir. 20 ildir biz çörək yeyib mahnıya qulaq asırıq. Sənət ucuzlaşdı.

Klip musiqidən başlayır. Hər bir uğurlu klipin sirri ilk bənddən asılıdır. O yoxdursa, rejissor nə qədər texnikadan istifadə etsə də, olmayacaq. Təhsili olan rejissor üçün mahnı musiqi və mətndir. Rejissor üçün bu nədir? İnsan hansı vəziyyətdə bu mətni bədahətən deyə bilər? Mən hər zaman təklif gələndə mahnıya elə yanaşırdım. Hərdən imtina edirdim. Çünki mətnlə musiqi düz gəlmirdi.

Nə qədər bizdə böyük musiqi şirkətləri yoxdur, müğənni özü klipinə ideya verəcək. çünki pula cavabdeh özüdür. Artıq dünyada başqa hadisələr baş verir".