Koronavirusu insan yaradıb deyən viroloq bunu faktlarla sübut etdi FOTO


Dünya 16 Sen 2020 14:34:00 153 0

Koronavirusu insan yaradıb deyən viroloq bunu faktlarla sübut etdi  FOTO

Ötən gün çinli viroloqun koronavirusla bağlı iddiaları barədə məlumat vermişdik. ABŞ-da yaşayan çin əsilli viroloq Covid-19-un laboratoriyada hazırlandığını iddia etmişdi.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Honq Konq Sağlamlıq Məktəbinin keçmiş tədqiqatçısı Dr. Li-Meng Yan səsləndirdiyi fikirləri dəlillərlə sübut etməyə çalışıb.

Onun təqdim etdiyi reportda virusun təbii şəkildə meydana çıxmayacaq qədər fərqli özəlliklərə sahib olması qeyd edilib. Həmçinin bildirilib ki, virusun yarasadan və ya hansısa heyvandan yoluxması ilə bağlı məlumatlar yalandır.

Li-Meng Yanın fikrincə, koronavirusun geninin qeyri-adi özəlliklərə sahib olması onun insan tərəfindən laboratoriyada hazırlanmasını deməyə əsas verir.

Sənəddə Vuhan Virologiya İnstitutunun illərdir koronavirusla bağlı araşdırmalar apardıqları, dünyanın ən böyük koronavirus kolleksiyasına sahib olduqları qeyd edilib.

Hesabatda bidirilir ki, kök proteinlər koronavirus hüceyrələrinin qılafına yapışır, "qonaq" hüceyrənin reseptorları ilə aktivləşməyə vasitəçi olur və bu minvalla əlaqə yaratdıqlarından infeksiyaya yoluxmada önəmli rol oynayırlar. Əldə olunan nəticə koronavirusdakı reseptorların bağlayıcı motivlərinin süni yox, təbii olması ilə bağlı iddiaları zəiflədir, həmin motivlərin təbiətdə olmadığını, koronavirusun genetik mühəndislik vasitəsilə yaradıla biləcəyini vurğulayır.