Braziliyada bir gündə 36,6 mindən çox insanda COVID19 aşkarlanıb
Dünya 16 Sen 2020 11:52:00 130 0
Braziliyada son sutka ərzində daha 36 653 nəfərin koronavirus infeksiyasına yoluxması, 1113 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Son.az APA-ya istinadən bildrir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 382 263 nəfər yoluxub. Bu müddət ərzində 133 119 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 3 671 128 xəstə müalicə olunaraq sağalıb.
Mənbə: milli.az