Qanunsuz balıq ovlayan şəxs cərimələndi


Digərləri 16 Sen 2020 12:09:00 157 0

Qanunsuz balıq ovlayan şəxs cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki təbii sututarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

"Araşdırma zamanı qanun pozucusunun Bəhrəmtəpə qəsəbə sakini Ramal Mirzəyev olduğu məlum olub və ondan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb.

Faktla bağlı R.Mirzəyev barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub".