AzTUnun professoru vəfat etdi FOTO


Digərləri 16 Sen 2020 11:25:00 169 0

AzTUnun professoru vəfat etdi  FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU)Azərbaycan dili və pedaqogika kafedrasının professoru Əzizə Mikayılova dünyasını dəyişib.

Universitetdən Son.az-a verilən məlumatda bildirilir ki, Ə. Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2005-ci illərdə AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2005-ci ildən dosent vəzifəsinə seçilib.