Qəzvində bir neçə şəhər “qırmızı zona”ya daxil edildi


Dünya 16 Sen 2020 11:19:00 155 0

Qəzvində bir neçə şəhər “qırmızı zona”ya daxil edildi

Qəzvin əyalətində bir neçə şəhər koronovirusla bağlı "qırmızı zona"ya daxil olub.

Son.az APA-ya istinadən bildirir ki, bunu Qəzvin Tibb Elmləri Universitetinin prorektoru Cəlal Rəhmani əyalət şəhərlərinin koronavirus xəstəliyi baxımından vəziyyətindən danışarkən deyib.

O bildirib ki, əyalətdə ümumi vəziyyət hələ də "qırmızı kateqoriya" sayılır: "Qəzvin, Takestan və Buin- Zəhra şəhərləri "qırmızı", Əlborz "narıncı", Abik və Avac şəhərləri isə "sarı zona"ya daxildirlər".

C.Rəhmani bildirib ki, son 24 saatda 55 yeni xəstə qeydə alınıb. Vilayət üzrə yoluxanların ümumi sayı 318 nəfərə çatıb.

Ağır xəstələrin vəziyyətinə toxunan prorektor qeyd edib ki, 65 xəstə reanimasiya şöbəsinə yerləşdirilib, 27 nəfər isə süni tənəffüs aparatına qoşulub. Bu müddətdə 4 xəstə koronavirusdan həyatını itirib.