"İdman TV"də daha bir ayrılıq


Digərləri 16 Sen 2020 10:13:00 152 0

"İdman TV"də daha bir ayrılıq

"İdman TV"nin tanınmış aparıcısı İsmayıl Abdullayev sözügedən telekanaldan ayrılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şərhçinin işindən ayrılması öz istəyi ilə baş verməyib.

Ayrılığın telekanal daxilində baş verən problemlərdən qaynaqlandığı bildirilir. Yaxın günlərdə növbəti ayrılıqların baş verəcəyi isə istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə "İdman TV"nin daha bir tanınmış şərhçisi Ramiz Mirzəzadə işindən ayrılaraq "CBC Sport"a keçib. İsmayıl Abdullayev isə 11 ildir "İdman TV"nin uğurları üçün çalışırdı.