Azərbaycanda gülçülüklə bağlı son vəziyyət


Digərləri 16 Sen 2020 10:19:00 155 0

Azərbaycanda gülçülüklə bağlı son vəziyyət

Pandemiya şəraiti bir çox sahələr kimi, gülçülük sektoruna da ciddi təsir edib.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında sahibkar, "Zirə Gülçülük" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ziyad Əliyev deyib.

O bildirib ki, pandemiya cəmiyyətin işini ləngidib: "Məhsuldarlıq normal səviyyədə olsa da, gül satışı xeyli azalıb. Pandemiya şəraiti satışa təxminən 50 faiz təsir edib. Ötən illə müqayisədə müəssisədə satış 50 fazi azalıb. İşlər də zəifləyib".

Satıcılar Trend-ə bildiriblər ki, sentyabrın 9-dan etibarən gül buketləri ilə bağlı çoxlu sayda sifarişlər qəbul etsələr də, sonradan həmin sifarişlər geri qaytarılıb: "Sifarişlər götürmüşdük, biz də buna görə dükanlara yeni güllər almışdıq. Sonradan valideynlər bildirdilər ki, "Bilik Günü"nün keçirilməsi qadağan edilib, ona görə də sifarişləri geri qaytardılar. Nəticədə aldığımız gülləri sata bilmədik".