Neftçalada "Bilik günü": iki məktəb açıldı, aztəminatlı ailələrə yardım edildi


Digərləri 15 Sen 2020 17:32:00 187 0

Neftçalada "Bilik günü": iki məktəb açıldı, aztəminatlı ailələrə yardım edildi

15 sentyabr "Bilik günü" münasibətilə Neftçala rayonunda bir sıra tədbirlər baş tutub.

Rayon İcra Hakimiyyətindən Son.az-a verilən məlumata görə, cari ildə iki yeni məktəbin açılışı olub. Belə ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 864 şagird yerlik Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbi yenidən əsaslı təmir olunub və müasir avadanlıqlar, istilik sistemləri, ümumilikdə infrastrukturun yenilənməsi ilə təchiz olunub. Digər bir yeni məktəb isə Azərbaycan Respublikası Prezidentinin 6 may 2020-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən inşa olunmuş 20 şagird yerlik modul tipli Yenikənd kənd ibtidai məktəbdir.

Hər iki məktəbin açılışında rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak edib.

Xıllı qəsəbə və Yenikənd kənd sakinləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, bu iki məktəbin tikintisi və təmir bərpası ilə yanaşı, Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, Neftçala şəhərində 40 şagird yerlik modul tipli "Elektrik şəbəkə" ibtidai məktəbinin quraşdırılması işləridə davam etdirilir.⠀

Bu gün, həmçinin rayonunda ünvanlı sosial yardım alan, aztəminatlı və sosial yaşayışı aşağı olan ailələrin məktəbli övladlarına yardımlar olunub.