Arvadının aktyorla münasibətini rahat qarşılayır və qısqanclıq hissi keçirmir FOTO


Digərləri 15 Sen 2020 13:51:00 178 0

Arvadının aktyorla münasibətini rahat qarşılayır və qısqanclıq hissi keçirmir  FOTO

Avqust ayının sonunda Hollivud ulduzu Bred Pittin yeni sevgilisinin olduğu ortaya çıxdı. Məlum oldu ki, aktyor təxminən bir ildir Polşa əsilli alman model 27 yaşlı Nikol Poturalski ilə görüşür. Nikolun ərdə olması isə sensasiya effekti yaratmışdı.

Son.az oxu.az-a istinadən xəbər verir ki, cazibədar model hələ də restorator Roland Meri ilə evlidir.

"Onlar hələ də evlidirlər, lakin onların münasibətlərini "azad nikah" kimi qiymətləndirmək olar. Ronald bir neçə dəfə evli olub, onun beş uşağı var. O, bu məsələni çox rahat qarşılayır və heç bir qısqanclıq hissi keçirmir", - cütlüyün yaxın ətrafından bildiriblər.

Qeyd edək ki, Nikol və Roland səkkiz ildir evlidirlər, onların yeddi yaşlı oğulları var.