"Sahibkarların I beynəlxalq onlayn forumu" ölkə iqtisadiyyatına nə vəd edir?


Digərləri 15 Sen 2020 12:12:00 177 0

"Sahibkarların I beynəlxalq onlayn forumu" ölkə iqtisadiyyatına nə vəd edir?

Bildiyiniz kimi, 22-23 sentyabr tarixlərində ilk dəfə Sahibkarların I beynəlxalq onlayn forumu həyata keçiriləcək.  Sahibkarların bir arada toplanaraq müəyyən mövzuları müzakirə etdiyi forumlar istər özəl, istər dövlət qurumları tərəfindən zaman-zaman keçirilmişdir. Lakin bu forum pandemiya şərtlərindən asılı olaraq onlayn şəkildə olacaqdır.

Bunu Son.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli ilk dəfə olaraq keçiriləcək "Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020" onlayın formun əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, foruma dövlət orqanlarının da dəstəyi ilə ölkədə rəqabətqabilliyyətli biznes sferası formalaşdırmaq üçün əhəmiyyətlidir:

"Forumlar, əslində, sahibkarların görüşü üçün bir fürsət olaraq dəyərləndirilməlidir. Burada biznes mühitində baş verən müəyyən problemlərin müzakirəsi, çözüm yollarının gətirilməsi, eləcə də sahibkarların görüşü və tanışlığı xüsusi əhəmiyyət daşıyır. Onlayn forumun keçirilməsinin də əsas məqsədi sahibkarlıq fəaliyyətinə marağın artırılması, pandemiya sonrası biznes sferasında yarana biləcək problemlər və həlli yollarının müzakirəsi, biznes start-upları üçün xüsusi təşviqat məlumatlarının paylaşımıdır. Foruma dövlət orqanlarının da dəstəyi ölkədə rəqabətqabilliyyətli biznes sferası formalaşdırmaq üçün əhəmiyyətlidir". 

Ekspert qeyd edib ki, forumda postpandemiya sonrası nəzərdə tutulan dəstək proqramlarının müzakirəsi daha çox faydalı ola bilər:

"Təbii ki, müsbət gözləntilər var. Amma forumun keçirilməsində diskussiya olunacaq mövzular çox önəmlidir. Əgər xarici mütəxəssislər konkret olaraq postpandemiyada biznesin yenidən inkişafı üçün atılan praktiki addımlardan danışacaqsa, əgər aidiyyəti dövlət nümayəndələri sahibkarlıq üçün postpandemiya sonrası nəzərdə tutulan dəstək proqramlarından danışacaqsa, təbii ki, o zaman daha çox faydalı ola bilər".

Təhməz Əsədov Son.az