Bakıda sərnişin avtobusu yanıb


Digərləri 15 Sen 2020 09:28:00 174 0

Bakıda sərnişin avtobusu yanıb

Bu gün səhər saat 06:10 radələrində avtobus yanıb.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, Bakıda 88 A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mütəxəssislərin fikrincə, son 15 gündə "BakuBus"un sayca ikinci avtobusunda yanğın hadisəsinin olması avtobusların iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqədardır. Onların sözlərinə görə, metronun işləmədiyi 72 gün ərzində "BakuBus" MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyat avtobus saxlanılmırdı, çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə, öz növbəsində, avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.