Yevlaxda mənzildən kişi meyiti tapılıb
Digərləri 15 Sen 2020 08:48:00 154 0
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Son.az FHN-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Əlioğlu Həsən Nəbi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: milli.az