Borçalıda daha 11 nəfər koronavirusa yoluxub


Dünya 14 Sen 2020 19:01:00 143 0

Borçalıda daha 11 nəfər koronavirusa yoluxub

Gürcüstanda Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Kvemo Kartli Səhiyyə Xidmətinin rəhbəri Davit Beqaşvili məlumat yayıb. Onu sözlərinə görə, son yoluxma hallarının 6-sı Qardabanidə, 5-i isə Rustavidə qeydə alınıb. Yoluxan şəxslərin yoluxma hallarının geniş yayıldığı Acarıstan Muxtar Respublikasına səfər tarixçələrinin olduğu bildirilir.

Qeyd olunub ki, hazırda Rustavidə 115, Qardabanidə 20 nəfər özünü təcrid vəziyyətindədir.