Aynişandan növbəti etiraf: "Münasibətlər məhz buna görə zədələnir"


Şou-biznes 14 Sen 2020 17:33:00 231 0

Aynişandan növbəti etiraf: "Münasibətlər məhz buna görə zədələnir"

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyevadan ailə münasibətləri barədə növbəti etiraf gəlib.

Son.az xəbər verir ki, bu yaxınlarda idmançı həyat yoldaşı Kənan Əli ilə boşanma və barışma xəbərləri ilə gündəm yaradan Aynişan instaqramda ailə həyatı barədə danışıb. Qoç bürcü olduğunu vurğulayan bloger səhvlərini qəbul etməkdə çətinlik çəkdiyini bildirib:

"Səhvlərinizi qəbul edə bilirsiniz? Misal üçün deyə bilirsiniz ki, hə, səhv məndədir üzr istəyirəm. Bu, əslində böyük problemdir, münasibətlərin çoxu məhz buna görə zədələnir. Mən öz üzərimdə illərdir çalışıram, qoç bürcləri üçün bir az çətindir özünü səhv çıxarmaq". (publika.az)