""B3" stansiyasının bu il təhvil verilməsi mümkündür"


Digərləri 14 Sen 2020 12:12:00 130 0

""B3" stansiyasının bu il təhvil verilməsi mümkündür"

Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşən "Bənövşəyi xətt"in 3-cü stansiyası, şərti adı "B3" olan stansiyada da işlər qaydasında gedir. Əvvəlki dövrlərdən fərqli olaraq martda başlanmış koronavirus (COVID-19) pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər, işçi sayı ilə bağlı tələblərə ciddi şəkildə əməl olunmaqla işlər davam etdirilir.

Son.az bildirir ki, bunu teleqraf.com-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, stansiyada işlərin başa çatdırılması pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq:

"Bilirsiniz ki, metropolitenin infrastrukturu, əsasən, ölkə xaricindən gətirilən avadanlıqlarla təchiz olunur. Bu səbəbdən də həmin ölkələrdəki vəziyyət və həmin müəssisələrin iş fəaliyyətindən də çox şeylər asılıdır. Qeyd etdiyim məsələlər vaxtında həll olunarsa stansiyanın bu il ərzində təhvil verilməsi mümkündür. Onu da xüsusi qeyd edim ki, "B3" stansiyası "Bakı Metropoliteni"ndə əsas əhəmiyyətli stansiyalardan biri olacaq. Çünki bu stansiyanın arxasında dönmə kamerası inşa olunur. Bu isə qatarların bir yoldan digər yola keçərək hərəkət etməsinə, hərəkət intensivliyinin artmasına şərait yaradacaq. Bunun üçün isə Xocasən Elektrik Deposunda da işlər sona çatdırılmalıdır.