Təhsil naziri: "Bu il təqdim edilən vakant müəllim yerlərinin sayı ötən ildəkindən çoxdur"


Digərləri 13 Sen 2020 16:44:00 149 0

Təhsil naziri: "Bu il təqdim edilən vakant müəllim yerlərinin sayı ötən ildəkindən çoxdur"

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün bu il təqdim vakant yerlərin sayı ötən ildəkindən çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlrəinəə, bu il 8322 vakant yer təqdim edilib ki, bu da ötən il təqdim edilən yerlərdən 1014 yer və ya 14 faiz çoxdur. Amma ixtisaslar üzrə təqdim edilən yerlərin sayı dəyişib. Bzi ixtisaslarda vakanat yerlərin sayı, bəzilərində azalıb, bəzilərində sabit qalıb. Artan ixtissalar əsasən, kimya, ingilis dili, riyaziyyat, təsviri incəsənət, rus dili, musiqi, texnologiya və fiziki tərbiyə ixtisaslarıdır. Yerlərin sayı azalan ixtisaslar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, fizikadır. İnformatika, tarix coğrafiya, biologiya, fransız dili üzrə eyni sayda vakant yer təqdim edilib.

E.Əmrullayev qeyd edib ki, Bakı,Gəncə, Sabirabad, Lacın, Saatlı, Gədəbəy, İmişli və s. ərazilərdə vakanat yerlərin sayı azalıb. Quba, beyləqan, Yardımlıda isə yerlərin sayı artıb.