Bakı sakinindən odlu silah götürülüb


Digərləri 12 Sen 2020 18:18:00 166 0

Bakı sakinindən odlu silah götürülüb

Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan "Makarov" markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.