Bakıda oğurladığı avtomobili yandıran şəxs saxlanılıb


Digərləri 12 Sen 2020 18:06:00 140 0

Bakıda oğurladığı avtomobili yandıran şəxs saxlanılıb

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.

Araşdırmalar zamanı onların avtomobilin hissələrini sökmələri və avtomobili yandırmaları müəyyən edilib.