Bakıda 552 küçə dezinfeksiya edilib


Digərləri 12 Sen 2020 17:27:00 135 0

Bakıda 552 küçə dezinfeksiya edilib

Sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 12-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 552 küçədə dezinfeksiya işləri görülüb.

BŞİH-dən Son.az-a bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.