Sağlam həyata bir addım...


Digərləri 12 Sen 2020 16:00:00 134 0

Sağlam həyata bir addım...

Sağlam orqanizmə sahib olmaq hər kəsin arzusudur. Bunun üçün daim həkim nəzarətində olmaq vacib deyil. Ev şəraitində özünüzə qulluq etməklə də sağlam qala bilərsiniz.

Son.az Axşam.az-a istinadən sağlamlıqla bağlı məsləhətlər təqdim edir:

1. Görmə qabiliyyətini qoruyun

Salat + avakado Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığın salatın içinə avakado qatmağı unutmayın.

2. Ürəyinizin qayğısına qalın

Limon + yaşıl çay Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.

3. Əzgin görünməkdən yorulmusunuz

Yumurta + portağal şirəsi Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımı qədər iş görmək üçün enerji verəcək.