"Zaura demişəm ki, məni proqramına çağırmasın"


Şou-biznes 12 Sen 2020 13:29:00 142 0

"Zaura demişəm ki, məni proqramına çağırmasın"

"Güclü qadınam, amma hər dəfə Zaur Baxşəliyeva deyirəm ki, məni "Bizimləsən" proqramına çağırma. Bütün dərtlərim yadıma düşür, insanların halına yanıram. Eyni zamanda da Zaurun dərdini çəkirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, "Bizimləsən" proqramına qatılmaq istəmir:

"Gördüklərimə görə güclüyəm. Ordan çıxandan sonra Zaurda deyir ki, elə bil səni öldürüblər. O proqramda oturmaqdan ötrü adamda ürək lazımdır".