Peruda ölkə prezidentinin impiçment prosesi başlayıb
Dünya 12 Sen 2020 10:14:00 123 0
Peru parlamenti ölkə prezidenti Martin Viskarranın impiçment prosesinə start verib.
Son.az Trend-in məlumatına görə, Konqresin son iclasında keçirilmiş səsvermədə deputatlardan 65-i qərarın lehinə, 35-i isə əleyhinə səsə verib.
Qeyd olunub ki, bununla əlaqədar olaraq parlamentin sentyabrın 18-də keçiriləcək iclasında M.Viskarra sualları cavablandırmaq üün iştirak edəcək. Peru prezidenti korrupsiyada ittiham olunur.
Qeyd edək ki, Perunun əvvəlki prezidenti Pedro Pablo Kuçinski də impiçment qərarından sonra, 2018-ci ildə istefa vermişdi.
Mənbə: milli.az