Hollivud ulduzunun adı yenə qalmaqalda hallanır


Digərləri 12 Sen 2020 09:39:00 120 0

Hollivud ulduzunun adı yenə qalmaqalda hallanır

Məşhur Hollivud aktyoru Kevin Speysinin adı yenə qalmaqalla gündəmə gəlib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aktyor bu dəfə də yeniyetməyə qarşı təcavüzdə ittiham edilir.

İki nəfər bu barədə məhkəməyə müraciət edib.

Onların sözlərinə görə, hadisə 1980-ci ildə, onların 14 yaşı olanda baş verib.

Şikayətçilərdən biri, Entoni Repp artıq 2017-ci ildə Speysinin ona davranışı barədə bildirmişdi.