Vüsalə Əlizadə geyimlərini SATIŞA ÇIXARDI


Şou-biznes 11 Sen 2020 22:41:00 190 0

Vüsalə Əlizadə geyimlərini SATIŞA ÇIXARDI

Tanınmış aparıcı Vüsalə Əlizadə özünün və qızının istifadə etmədiyi geyimləri satışa çıxarmağa qərar verib.

Son.az xəbər verir ki, bu barədə V.Əlizadə instaqramda məlumat yayıb.

Geyimlərlə bağlı çox sual verildiyini qeyd edən aparıcı bildirib ki, geyimlərinin satışı ilə instaqramda bir səhifə məşğul olacaq:

"O ki, qaldı bəziləri bilib-bilmədən danışır, kasıba verin yazır, paltarı olmayana verin. Siz narahat olmayın, Vüsalə Əlizadə yetərincə hər kəsə yardım edir (qida, geyim, dərman vəs .). Sadəcə paylaşım etmirik. Çünki, onda da sizin kimilər yazır ki, sağ əlin verdiyin sol əl bilməz, reklam etdiniz, günahdır, paylaşım etməyin və s. Odur ki, mümkünsə, hər kəs öz işi ilə məşğul olsun. Həyatda heç nə məcbur deyil. Təbii ki, hər kəsə şamil deyil" , - aparıcının adından geyimlərinin satışı ilə məşğul olan səhifədə vurğulanıb. (publika.az)