Ev tapşırığını etmədiyi üçün fiziki məşqlə cəzalandırılan uşaq öldü


Dünya 11 Sen 2020 21:48:00 132 0

Ev tapşırığını etmədiyi üçün fiziki məşqlə cəzalandırılan uşaq öldü

Ev tapşırığını etmədiyi üçün məktəbdə fiziki məşqlə cəzalandırılan uşaq ölüb.

"Asia One" xəbər verir ki, hadisə Taylandda baş verib.

Bildirilir ki, 13 yaşlı oğlan 100 dəfə tullanıb çömbəlmə hərəkəti ilə cəzalandırılıb. Həmin günün axşamı o, özünü pis hiss edib, səhəri isə yatağında ölmüş halda tapılıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, həkim uşağın ölüm səbəbi kimi fiziki məşqlə bağlı ürəyin dayanmasını göstərib.

Uşağın qohumlarının sözlərinə görə, hadisədən bir gün əvvəl o, xəstəxanadan çıxmışdı və belə ağır məşqə hazır deyildi. Sinif rəhbəri bunu bilsə də, cəzanı dayandırmayıb.

Məktəb uşağın ailəsi ilə əlaqə saxlayaraq üzr istəyib.