Çinli alimlər Rusiya dərmanının COVID19a qarşı təsirli olduğunu təsdiqlədi


Dünya 11 Sen 2020 19:59:00 130 0

Çinli alimlər Rusiya dərmanının COVID19a qarşı təsirli olduğunu təsdiqlədi

Çinli elm adamları koronavirus infeksiyasına qarşı mübarizədə istifadə edilən Rusiya istehsalı olan "Triazavirin" dərmanının təsirini təsdiqləyib.

Son.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Valeri Çaruşin məlumat verib.

"Triazavirin COVID-19 ilə mübarizədə müsbət təsir göstərir: xəstəliyin gedişat müddətini qısaldır, bir çox simptomu yüngülləşdirir. Harbin Tibb Universitetinin prezidenti Jan Baofen bu məlumatları təsdiqlədi" , - Ural Federal Universitetinin mətbuat xidmətinin rəhbəri Çaruşin açıqlamasında bildirib.

Vitse-prezident nəticənin tam təsdiqlənmədiyini və araşdırmaların davam etdiyini əlavə edib.

Dərman Heilonqjianq əyalətindəki on xəstəxanada sınaqdan keçirilir. Bəzi xəstələrə dərmanın qəbulu barədə məlumat verilib, bəzilərinə isə dərman xəbərsiz verilib. Sınaqda iştirak edən xəstələrin xəstəliyi yüngül keçirdiyi və ya orta dərəcədə temperaturu olduğu qeyd olunub. Ümumilikdə tədqiqata 245 nəfər cəlb edilib. (publika.az)