Bu ayın sonunadək Azərbaycandan Rusiyaya aviareyslər planlaşdırılır


Digərləri 11 Sen 2020 14:01:48 179 0

Bu ayın sonunadək Azərbaycandan Rusiyaya aviareyslər planlaşdırılır

Bu ayın sonunadək Rusiya vətəndaşlarının geri qayıtması üçün Azərbaycandan reyslərin həyata keçirilməsi planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, sentyabrın sonunadək. həmçinin İsrail, İspaniya, İtaliya, Qırğızıstan və digər ölkələrdən Rusiyaya xüsusi reyslər planlaşdırılır:

"Xarici vətəndaşların Rusiyaya daxil olması ilə bağlı hökumətin 16 mart tarixli qərarı ilə müəyyən edilmiş qaydalara diqqət etməyə çağırırıq".