RollsRoyce Wraith universalının yaradıcısı bəlli olub FOTO


Digərləri 10 Sen 2020 23:58:00 190 0

RollsRoyce Wraith universalının yaradıcısı bəlli olub  FOTO

Dünən yanacaqdoldurma stansiyalarının birində rastlanan şutinq-breyk kuzovlu Rolls-Royce Wraith modelinin şəkillərini dərc etmişdik. Bu gün sirli avtomobilin hansı şirkət tərəfindən hazırlandığı məlum olub. Yeni şutinq-breykin yaradıcısının Carat Duchatelet kuzov atelyesidir. Avtomobilin xarici dizaynı, eyni adlı şirkətin sahibi olan dizayner Nils van Roya tərəfindən hazırlanıb.

Son.az autograph.az-a istinadən bildirir ki, Carat Duchatele və Niels van Roij Design firmaları birgə məhsullarını Silver Spectre adlandırıblar. Wraith modelini klassik İngilis avtomobillərinin üslubunda olan şutinq-breykə çevirmək üçün dam və arxa dirəklər tamamilə yenidən işlənib, həmçinin şüşələri və baqaj qapağını qapağını sıfırdan yaratmaq gərək olub. Salonun şəkilləri dərc edilməsə də, universalın 2 + 2 oturacaq formulunu aldığı və ikinci sıranın oturacaqlarının arasındakı bölmədən baqaja girişin mövcud olduğu məlumdur.

Tərəfdaşlar cəmi yeddi nüsxədə Silver Spectre universalını inşa etməyi planlaşdırırlar. Wraith kupesinin şutinq-breykə çevrilməsinin qiyməti hələlik açıqlanmayıb.

Nils van Roy seriya avtomobillərinə əsaslanan layihələri ilə məşhurdur. Məsələn, 2018-ci ildə dizayner, Tesla Model S elektrokarının bazasında inşa edilmiş şutinq-breyki yaradıb. Bir il sonra isə, şirkət Ferrari 250 GT SWB Breadvan üslubunda şutinq-breyki təqdim edib. 2020-ci ildə Niels van Roij Design şirkəti üçqapılı Range Rover ofrouderinin ilk nüsxəsini nümayiş etdirib. Üçqapılı Range Rover modelinin 100 nüsxəlik tirajla buraxılmaq planlaşdırılır.