Samsung dərman istehsalı üzrə dünyanın ən iri zavodunu tikəcək


Digərləri 10 Sen 2020 23:20:00 161 0

Samsung dərman istehsalı üzrə dünyanın ən iri zavodunu tikəcək

Texnologiya nəhəngi Samsung dərman istehsalı üzrə dünyanın ən iri zavodunu tikəcək.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət zavoda 2 milyard ABŞ dollarına yaxın vəsait yatıracaq.

Super Plant adlanan zavod şirkətin biofarmaseftik bölməsi olan Samsung BioLogics Co-nun dördüncü müəssisəsi olacaq.

Onun sahəsi təxminən 230 min kvadrat metr təşkil edəcək ki, bu da Parisdəki Luvr ölçüsündən bir qədər çoxdur. Tikinti işləri 2022-ci ildə başa çatdırılacaq.