Maşın park edilmiş TIRa çırpıldı;


Dünya 10 Sen 2020 19:34:00 111 0

Maşın park edilmiş TIRa çırpıldı;

Türkiyənin Kocaeli vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə D-100 avtomagistralının Körfəz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan Çingiz Kurxanın idarə etdiyi minik avtomobili, yol kənarında park edilmiş TIR-a arxadan çırpılıb.

Qəza nəticəsində sürücü, onun anası Almast Kurxan və həyat yoldaşı Gülhan Kurxan müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Vəziyyəti ağır olan 60 yaşlı Almast Kurxan, həkimlərin bütün səylərinə baxmayaraq orada dünyasını dəyişib.