Türkiyə parlamentinin sabiq spikeri koronavirusa yoluxub


Dünya 10 Sen 2020 19:14:00 126 0

Türkiyə parlamentinin sabiq spikeri koronavirusa yoluxub

Türkiyə parlamentinin sabiq spikeri və keçmiş baş nazir müavini Bülənt Arınç koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə siyasətçi öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, xəstəxanada verdiyi koronavirus testi müsbət nəticələnib. Bundan başqa, B.Arınçın həyat yoldaşında da virus aşkar edilib.

Onların müalicəsinin evdə, həkim nəzarətində davam edəcəyi bildirilib.