Gəlin toy günü həyəcandan ÖLDÜ


Dünya 10 Sen 2020 18:11:00 143 0

Gəlin toy günü həyəcandan ÖLDÜ

Rusiyanın Dağıstan Respublikasının Murquk kəndində 23 yaşlı qız öz toyu günü insultdan vəfat edib.

Son.az xəbər verir ki, qızın uşaqlıqdan bəri ürək-damar problemləri olub.

Toyuna xüsusi hazırlaşan qız həmin gün çox həyəcanlı olub və gözlənilmədən huşunu itirib.

Qan təzyiqi kəskin aşağı düşən gəlini təcili xəstəxanaya yerləşdiriblər.

Həkimlər ona insult diaqnozu qoyublar.

Az müddət sonra isə qız öz toy günü vəfat edib. (publika.az)