DİM sədri ötənilki məzunlarla bağlı açıqlama verdi


Digərləri 10 Sen 2020 16:17:00 160 0

DİM sədri ötənilki məzunlarla bağlı açıqlama verdi

Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrini nəzərə almaqla ixtisas seçimi müsabiqəsinə buraxa bilərik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötənilki buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalıb: "Buna görə də abituriyentlər həmin imtahanın balı da nəzərə alınmaqla, builki müsabiqədə iştirak edə bilərlər".